FİFA Serbiya millisinə qarşı iş açıb

FİFA Serbiya millisinə qarşı intizam işi açıb.

Buna DÇ-2022-də İsveçrə yığması ilə oyunda (2:3) Serbiya futbolçuları və azarkeşlərinin davranışları səbəb olub.

FİFA hansı insidentlərin ittihamlara səbəb olduğunu rəsmən açıqlamayıb.

Məlumata görə, matç zamanı serb azarkeşlər əslən kosovolu, İsveçrədə çıxış edən Xerdan Şaqirini təhqir ediblər.

Bundan əlavə, serbiyalı futbolçular matçın baş hakimi Fernando Rapalininin mümkün penalti anında videotəkrardan istifadə etməmək qərarına fəal şəkildə etiraz ediblər.

Həmçinin oyun zamanı Qranit Caka ilə Serbiya komandasının nümayəndələri arasında münaqişə yaranıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Oksford lügəti ilin sözünü açıqladı

SONRAKI XƏBƏR

Xorvatiya millisinin böyük turnirlədə son 8 pley-off oyunundan 7-si əlavə vaxta gedib