DÇ-2022: Braziliya millisi 1/4 finalda Xorvatiyaya rəqib olub - YENİLƏNİR + VİDEO

DÇ-2022: Braziliya millisi 1/4 finalda Xorvatiyaya rəqib olub - <span class="qirmizi">YENİLƏNİR + VİDEO</span>

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

"Sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1

***

75-ci dəqiqədə Asiya təmsilçisi hesab arasındakı fərqi azaldıb. Payk Senq Ho adını tabloya yazdırıb - 4:1.

***

"Sambaçılar"ın yarımmüdafiəçisi Lukas Paketa 36-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 4:0.

***

 29-cu dəqiqəqədə Rişarlison fərqlənib - 3:0.

***

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 2-ci qol vurulub.

12-ci dəqiqədə penaltidən fərqlənən Neymar "sambaçılar"ın üstünlüyünü artırıb.

***

7-ci dəqiqədə Vinisius Junior Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.

Mənbə: oxu.az