Ronaldo hələ qərar verməyib

Ronaldo hələ qərar verməyib<span class="qirmizi"></span>

      Portuqaliyalı hücumçu Kriştiano Ronaldo xarici mətbuatın əsas mövzusu olmaqda davam edir. Daha əvvəl 37 yaşlı hücumçunun yaxın günlərdə “Əl-Nassr”la müqavilə imzalayacağı bildirilsə də, italiyalı jurnalist Fabrizio Romano bu məlumatı təkzib edir.
Onun bildirdiyinə görə hazırda Səudiyyə Ərəbistanı klubu Ronaldodan müqavilə imzası, bu keçidlə bağlı razılıq və ya təsdiq almayıb. Portuqaliyalı hücumçu bütün diqqətini dünya çempionatına və İsveçrə ilə qarşıdakı 1/8 final oyununa cəmləyib.
     Verilən məlumatda təklif olunan müqaviləyə əsasən, Ronaldonun sponsorluq sərmayələri də daxil olmaqla, ildə 200 milyon avroya qədər pul alacağı bildirilir.Müqavilənin özü 2025-ci ilə qədər qüvvədə olmalıdır.Ronaldo hələ Ərəb klubunun təklifini nəzərdən keçirir.

Mənbə: