"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq<span class="qirmizi"></span>

"Qəbələ"nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci yarısına yanvarın 4-dən 17-dək Antalyada hazırlaşacaq.

Komanda toplanış müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Əyalət təmsilçisi yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaq matçında isə rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.

Mənbə: report.az