Burak Yılmaz məşqçi olacaq

Burak Yılmaz məşqçi olacaq<span class="qirmizi"></span>

      Burak Yılmaz mövsümün əvvəlində sensasiyalı şəkildə Hollandiya təmsilçisi "Fortuna Sittard"la 2 ili oyunçu kimi, 3 il isə məşqçi kimi olmaqla 5 illik müqavilə imzaladı.Futbol dünyasında görməyə adət etmədiyimiz müqaviləsi olan Burak Yılmaz məşqçilik üçün ilk addımlarını atmağa başlayır.
Birgə çalışdığı məşqçilərin məşq metodu ilə bağlı qeydlər apardığını deyən təcrübəli hücumçu məşqçi kurslarına qatılacağını bildirib.
     "Fanatik"in verdiyi xəbərinə görə "Fortuna Sittard" komandası ilə Antalyada məşq toplanışında olan Burak Yılmaz Belekdə keçiriləcək sürətləndirilmiş "B" və "A" lisenziya kurslarında iştirak edəcək.
Kursa qatılacaq digər adlar arasında Arda Turan, Caner Erkin, Mehmet Topal və Nuri Şahin də var.

Mənbə: