Makron yeni proqnoz verib

Makron yeni proqnoz verib<span class="qirmizi"></span>

        Fransa prezidenti Emmanuel Makron dünya çempionatının 1/8 finalında polyaklarla fransızların matçında hesabı və hətta qolların müəlliflərini də dəqiq proqnozlaşdıra bilmişdi. Təbii ki, müxbirlər yenidən prezidentə üz tutaraq ondan İngiltərə - Fransa matçına dair proqnoz verməsini istəyiblər. “Qələbə qazanacağımıza şübhəm yoxdur. Hesabı dəqiq deyə bilmərəm, amma düşünürəm ki, biz qalib gələcəyik”, - deyə Makron "RTL"-ə  bildirib. Fransa prezidenti oyuna az qalmış daha dəqiq proqnoz verəcəyini vəd edib. Xatırladaq ki, Dünya çempionatının 1/4 final mərhələsində İngiltərə - Fransa oyunu gələn şənbə, dekabrın 10-da keçiriləcək.

Mənbə: