Yenidən millinin baş məşqçisi təyin olundu

Yenidən millinin baş məşqçisi təyin olundu<span class="qirmizi"></span>

Şimali İrlandiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az Şimali İrlandiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, bu vəzifəyə Maykl O'Nil təyin olunub. 53 yaşlı mütəxəssislə 5 il yarım müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, Maykl O'Nil bundan əvvəl 2011-2022-ci illərdə Şimali İrlandiya millisini çalışdırıb.

Mənbə: qol.az