Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub<span class="qirmizi"></span>

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

Komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya seçmələrinə qarşı yoldaşlıq matçlarında iştirak edən forvarda əlavə istirahət verib.

Qeyd edək ki, Mahir Emreli bu ilin fevralından "Dinamo"da çıxış edir.

Mənbə: report.az