Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib.

Basketbol Federasiyasından “Report”a verilən məlumata görə, turun ilk oyunu bu gün "Sərhədçi" İdman Mərkəzinin idman zalında baş tutub.

"Sabah BK" və "AAAF Xırdalan BK" arasında keçirilən qarşılaşma ikincilər qalib gəlib.

Son topa qədər davam edən oyunda "AAAF Xırdalan BK" rəqibi üzərində 82-84 hesablı qələbəyə sevinib. Qarşılaşmanın ən məhsuldar basketbolçuları "AAAF Xırdalan BK"dan Endryu Korum (32 xal, 17 ribaund), "Sabah BK"dan isə Entoni Patti (23 xal, 12 ribaund) olub.

Qeyd edək ki, 9-cu turun digər oyunları ("NTD BK" - "Olimpik Şəki BK", "Neftçi İK" - "Sərhədçi PİK", "Gəncə BK" - "Zirvə Astara BK") 10-11 dekabr tarixlərində "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Saakaşvilinin nə vaxt ölə biləcəyi sualına... - Qaribaşvili

SONRAKI XƏBƏR

Ərdoğanın sözçüsü: “Ukraynada müharibənin uzanması qlobal miqyasda böhranların dərinləşməsinə səbəb olur”