DÇ-2022: Serbiya Futbol İttifaqı siyasi şüarlara görə cərimələnib

DÇ-2022: Serbiya Futbol İttifaqı siyasi şüarlara görə cərimələnib<span class="qirmizi"></span>

FIFA Serbiya Futbol İttifaqını (FSS) cərimələyib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, buna səbəb Serbiya millisinin Qətərdə keçirilən dünya çempionatında Braziliyaya 0:2 hesabı ilə uduzduqları qrup mərhələsinin I tur oyunundan öncə paltardəyişmə otağında üzərində Kosovonun və "Təslim olma" sözlərinin yer aldığı ölkə bayrağını asması səbəb olub.

Qarşı tərəfin şikayətindən sonra araşdırmalara başlayan ali futbol qurumu FSS-ni 20 000 avro məbləğində cərimələyib.

Serbiya Futbol İttifaqı azarkeşlərin tribunada üzərində siyasi şüarlar olan pankart açmasına görə əlavə 50 000 avro da ziyana düşüb.

Qeyd edək ki, Serbiya yığması mundialla qrup mərhələsində vidalaşıb.

Mənbə: report.az