"Ayaks" Kudusa qiymət qoydu

Amsterdamın "Ayaks" klubu  yanvar transfer pəncərəsində yarımmüdafiəçisi Mohammed Kudus ilə yollarını ayırmağa hazır olacaq. "The Sun"un məlumatına görə, Hollandiya klubu 50 milyon avroluq təklifləri nəzərdən keçirəcək.
Xatırladaq ki, Kudus bundan əvvəl mövsümün əvvəlindəki çıxışı ilə Avropanın bir çox top-klublarının diqqətini çəkmişdi. Daha sonra Məhəmməd Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Qana millisinin heyətində iki qol vuraraq planetin ən yaxşı gənc istedadlarından biri statusunu möhkəmləndirdi.
Daha əvvəl İngiltərə Premyer Liqasının ən azı iki klubunun, "Çelsi" və "Tottenham"in Kudusun xidmətində maraqlı olduğu və yanvarda transfer uğrunda mübarizə aparmağa hazır olduğu bildirilirdi

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini artırıb

SONRAKI XƏBƏR

Estetik əməliyyatlara xərclədiyi məbləğ üzə çıxdı