"O,adi bir insandır"

"O,adi bir insandır"<span class="qirmizi"></span>

     Hollandiya millisinin qapıçısı Andris Noppert Argentina millisi və Lionel Messi ilə qarşıdakı görüşdən danışıb. Qarşılaşma dekabrın 9-da baş tutacaq. Əvvəlki mərhələdə argentinalılar Avstraliyaya qalib gəlib (2:1), Hollandiya komandası isə ABŞ-dan olan rəqiblərindən güclü olub (3:1). Noppert matçdan əvvəl fikirlərini bölüşür: "Messi hamımız kimi bir insandır". - Bu mundialda hamı gördü ki, o,penaltini vurmaya da  bilər. Əlbətdə ki, o çox güclü futbolçudur, amma mən onun penalti zərbəsini də dəf edə bilərəm".
      Xatırladaq ki,Dünya Kubokdan əvvəl Noppert yığmanın əsas qapıçısı sayılmırdı.Çempionat başlayanda Lui van Qal gözlənilmədən komandanın start heyətində ona şans verdi.

Mənbə: