Mundialın ilk 17 günündə Qətərə 765 mindən çox ziyarətçi gəlib

 

Bakı, 8 dekabr, AZƏRTAC

Dünya çempionatının ilk 17 günündə Qətərə 765 mindən çox ziyarətçi gəlib. Onların da yarıdan çoxu artıq ölkəni tərk edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə "Reuters" turnirin təşkilatçılarının hesabatına istinadən məlumat yayıb.

Hesabatda, həmçinin dünya çempionatının oyunları üçün satılan 3,09 milyon bilet göstərilir. Turnirin 52 oyununun yekununda ümumi tamaşaçı sayı 2,65 milyon nəfər olub.

Qeyd edək ki, bu günədək mundialda 56 oyun keçirilib. Dekabrın 9-da turnirin ilk 1/4 final görüşləri baş tutacaq - hollandlar argentinalılara, xorvatlar isə braziliyalılara qarşı oynayacaq. Dekabrın 10-da İngiltərə - Fransa və Mərakeş- Portuqaliya komandalarının 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Sakit Okean Alyansının sammiti təxirə salınıb

SONRAKI XƏBƏR

Rusiya ABŞ-la münasibətləri kəsmək istəmir