İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

İlin ən yaxşı qadın futbolçusu açıqlanıb<span class="qirmizi"></span>

2022-ci ildə dünyanın ən yaxşı qadın futbolçusu müəyyənləşib.

"Report"un məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən, bu ada İspaniyanın "Barselona" klubunun kapitanı Aleksiya Putelyas layiq görülüb.

28 yaşlı yarımmüdafiəçi 155 xalla digər rəqiblərini böyük fərqlə qabaqlayıb.

İngiltərə "Arsenal"ından Bet Mid 55 xalla ikinci, Fransa "Lion"undan Bendi Renar 30 xalla üçüncü olub.

Mənbə: report.az