“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib<span class="qirmizi"></span>

İngiltərənin “Çelsi” klubu 70 milyon avroya yeni futbolçu transfer edib.

“Report”un məlumatına görə, bu barədə tanınmış jurnalist Nikola Skira sosial şəbəkə hesabında paylaşıb edib.

İnsayderin sözlərinə görə, London təmsilçisi Almaniyanın “Leypziq” klubunun hücumçusu Kristofer Nkunkunun keçidini bitirib. Fransa millisinin üzvü “zadəganlar”la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Forvard mövsümün sonunda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm “Leypziq”in heyətində Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 2 qol vurub.

Mənbə: report.az