"Barselona" qışda yeni oyunçular ala bilməyəcək - SƏBƏB

"Barselona" qışda yeni oyunçular  ala bilməyəcək  - <span class="qirmizi">SƏBƏB</span>

“Barselona”nın idman direktoru Jordi Kroyff deyib ki, maliyyə feyr-pleyi komandaya qış transfer pəncərəsində yeni oyunçular cəlb etməyə mane ola bilər.

Lent.az bildirir ki, onun sözlərini “Mundo Deportivo” yayıb.

“Düşünürəm ki, klubun prezidenti maliyyə feyr-pleyinə görə çətin, demək olar ki, ümidsiz vəziyyətdə olduğumuzu artıq açıq şəkildə bildirib, ona görə də indi yeni gələnlər haqqında danışmağın mənası yoxdur. Transfer pəncərəsinə bir ay qalıb və nəyinsə edilib-edilməyəcəyi zamanla görünəcək”, - Kroyff bildirib.

Keçirilən 14 oyundan sonra "Barselona" 37 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. “Real” 35 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 26 xal qazanmağı bacaran “Real Sosyedad” qapayır.

Daha əvvəl Jordi Kroyff klubun PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmaq istədiyini açıqlamışdı.

Mənbə: lent.az