Almaniya millisinin DÇ-2022-də uğursuz çıxışının səbəbinin biri də budur

Almaniya millisinin DÇ-2022-də uğursuz çıxışının səbəbinin biri də budur<span class="qirmizi"></span>

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik futbolçulara Qətərdə keçirilən dünya çempionatı zamanı ailələri ilə oteldə gecələməyə icazə verib.

Qol.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Almaniya Futbol Federasiyasının (DFB) əməkdaşları ərləri uşaqları ilə oynayarkən bir çox futbolçunun arvadlarının hovuzda selfi çəkdirdiyini görəndə təəccübləniblər. Onlar komandanın bayram əhval-ruhiyyəsində olduğunu bildiriblər.

DFB bunu Almaniya millisinin Qətərdəki uğursuz çıxışının səbəblərindən biri hesab etsə də, Flik bununla razılaşmayıb.

Xatırladaq ki, DFB dünən Fliklə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, Almaniya DÇ-2022-nin qrup mərhələsinin 3-cü pillədə başa vurub və turnirlə erkən vidalaşıb.

Mənbə: qol.az