Vinisius Juniorun mətbuat konfransında qalmaqallı olay - Video

Vinisius Juniorun mətbuat konfransında qalmaqallı olay - Video<span class="qirmizi"></span>

Braziliya millisinin üzvü Vinisius Juniorun mətbuat konfransında səs-küylü hadisə baş verib.

Qol.az xəbər verir ki, DÇ-2022-in 1/8 final mərhələsinin Xorvatiyaya qarşı keçiriləcək oyunla bağlı təşkil edilən tədbirdə Brazili Futbol Federasiyasının nümayəndəsinin hərəkəti heyrət doğurub.

Mətbuat konfransı zamanı bir pişik tədbirin keçirildiyi zala daxil olub və mikrofonların quraşdırıldığı masaya çıxıb. Vinisius buna gülməyə başlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri isə əvvəlcə pişiyi sığallasa da, sonra onu götürərək yerə tullayıb. Pişik zərər çəkməyib. O, daha sonra hərəkətinə haqq qazandırmağa çalışıb.

Amma futbol federasiyası rəsmisinin bu hərəkəti qınaq obyektinə çevrilib. Axı, heyvanlarla bu cür rəftar olmaz.

 

Mənbə: qol.az