Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk etmək istəyib

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçda (6:1) start heyətdə yer almayacağını öyrənəndən sonra yığmanın düşərgəsini tərk etmək istəyib.

Qol.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb. Bildirilib ki, 37 yaşlı hücumçu baş məşqisi Fernandu Santuşun onu ehtiyatda saxlamaq qərarına əsəbiləşib. Kriştiano əşyalarını yığıb Portuqaliya millisinin düşərgəsini tərk etməyə çox yaxın olub. Lakin bir müddət sonra futbolçu hələ də bu komandada mühüm rol oynaya biləcəyini anlayaraq sakitləşib.

Portuqaliya millisi bu vəziyyətə çox diqqət yetirmək istəmir.

Qeyd edək ki, Santuşun Ronaldonun əvəzinə start heyətdə meydana çıxardığı Qonsalu Ramuş İsveçrə ilə görüşdə het-trikə imza atıb. Ramuş 73-cü dəqiqədə Ronaldo ilə əvəzlənib.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 final matçında Mərakeşlə qarşılaşacaq. Dekabrın 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Göydəniz Qəhrəmanov: "Azərbaycanda aeroporta metronun çəkilişi turizmin inkişafına səbəb olar"

SONRAKI XƏBƏR

Polis qəza törədən zaman sərxoş vəziyyətdə olub - MƏHKƏMƏ