Koutinyo klubunu dəyişə bilər

 

"Aston Villa"nın baş məşqçisi Unay Emeri hücumameyilli yarımmüdafiəçi Filip Koutinyonu transferə çıxarmağa hazırlaşır.

Xatırladaq ki,braziliyalı futbolçu keçən yay 20 milyon avroya "Barselona"dan transfer olunub.Koutinyo Birmingem klubuna boyük ümidlərlə transfer olmuşdu,lakin hər şey oyunçunun istədiyi kimi olmadı.Klubun məşqçisi Stiven Cerrard bir müddət sonra işdən çıxarıldı,onun yerinə təyin olunan Unay Emeri isə Koutinyonu əsas heyətdə görmür.Buna görə də 30 yaşlı futbolçu yanvarda satışa çıxarıla bilər. "Aston Villa" onu icarəyə vermək yox,tam satış həyata keçirməyə ümid edir.

Filippe Koutinyo bu mövsüm Premyer Liqada 12 oyunda çıxış edib,qol vura bilməyib.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Egey dənizində 4 bal gücündə zəlzələ baş verdi

SONRAKI XƏBƏR

MDB və ŞƏT ölkələrinin müdafiə nazirləri dekabrın 9-da Moskvada görüşəcək