Ronaldu millidən gedir - FOTO

Ronaldu millidən gedir - FOTO<span class="qirmizi"></span>

 

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu baş məşqçi Fernando Santuşa millini tərk edə biləcəyini deyib.

Mənbənin sözlərinə görə, Ronaldu bu addımı Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra düşünüb.

Həmin vaxt 37 yaşlı hücumçu baş məşqçinin qərarından narazı qalaraq Santuşun üstünə qışqıraraq demişdi: “Sən məni əvəz etməyə çox tələsirsən!”

Xatırladaq ki, həmin matçda Ronaldu 65-ci dəqiqədə əvəzlənib.

1/8 final mərhələsinin İsveçrə millisi ilə görüşündə (6:1) Ronaldu Portuqaliya yığmasının start heyətinə daxil olmayıb, yalnız 73-cü dəqiqədə hesab 5:1 olanda meydana əvəzlənmə ilə çıxıb.

Ronaldu Portuqaliyanın Qətərdə keçirdiyi dörd matçın hamısında iştirak edib, bir qol vurub.

Mənbə: Çempionat

Mənbə: www.oxu.az