"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub<span class="qirmizi"></span>

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək "Qarabağ"ın yoxlama oyunlarının tarixləri müəyyənləşib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ağdam təmsilçisi qardaş ölkədə 3 sınaq matçında qüvvəsini sınayacaq.

"Köhlən atlar" yanvarın 13-də Polşanın "Poqon" komandası ilə qarşılaşacaq. "Köhlən atlar" 5 gün sonra isə Serbiya "Çukariçki"si və Polşanın digər təmsilçisi "Rakuv"la üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" yanvarın 4-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq.

Mənbə: report.az