Patris Evra Fransanı favorit görür

Patris Evra Fransanı favorit görür<span class="qirmizi"></span>

Fransa millisinin sabiq müdafiəçisi Patris Evra DÇ-2022-də İngiltərə üzərində böyükhesablı qələbə gözləyir.
“Mən əminəm, amma təkəbbürlü deyiləm. Fransanın indiki vəziyyətindən razıyam, amma İngiltərə üçün də sevinirəm. Məncə, oyun maraqlı olacaq. İngiltərə Mbappe, Fransa isə Saka və Foden kimi oyunçulardan narahat olmalıdır. Fransanın narahatlığına əsas var.
Mənə deyə bilərsiniz ki, Kayl Uoker Mbappeni bağlayacaq, o, artıq Çempionlar Liqasında Neymara qarşı yaxşı oynamağı bacarıb. Amma bilirəm ki, Mbappe mərkəzə keçib Stounz və Maquayra qarşı oynayacaq və onu dayandırmaq onlar üçün çətin olacaq.
Burada bir çox amillər var. Mən hiss edirəm ki, Fransa İngiltərəni darmadağın edəcək, lakin İngiltərə də Fransaya qalib gələ bilər.”

Mənbə: