“Komandamız oyuna yaxşı köklənmişdi. Bunu məşq prosesində də hiss edirdim”.
“Report”un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis matçdan zövq aldığını bildirib: “Dinamika yüksək səviyyədə idi. Kubokda az da olsa şansımız qalır”.