Qurban Qurbanov: "Əsl kubok matçı idi"

“Bəlkə sönük oyun kimi görmək olardı. Amma əsl kubok matçı idi. Hər iki komanda qalib gəlmək istəyirdi”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Qəbələ” ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin yaxşı çıxış etdiyini bildirib: “Qəbələ” qələbəyə layiq oynadı. Maraqlı oyun alındı. Qalib gələ bilərdik. Amma son dəqiqələrdə ehtiyatsızlıqdan qol buraxdıq. Qəbələdəki oyun buradakından da baxımlı alına bilər”.

Qeyd edək ki, cavab görüşü dekabrın 19-da keçiriləcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Nikoldan Putinə qarşı şok gediş: İndi də ABŞ-ı “gətirir”

SONRAKI XƏBƏR

Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək