Santuş: "Ronaldonu rahat buraxın"

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş komandanın kapitaı Kriştiano Ronaldonun millinin düşərgəsini təkr etmək istədiyi ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib.

Qol.az "A Bola"ya istinadən xəbər verir ki, mütəxəssis DÇ-2022-nin 1/4 finalında Mərakeşlə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında belə bir hadisənin olmadığını deyib:

“Kriştiano ilə söhbətimiz oldu. Bu baş verməsəydi, pis olardı. Oyuna saat yarım qalmış, stadiona gələndə futbolçulara zəng edirəm. Bu, normaldır, mən bütün karyeram boyu bununla məşğul olmuşam. Belə bir söhbət baş tutmalı idi. Bu, çox yaxşıdır. Ronaldo kapitandır. O, Portuqaliya futboluna çox şey verən böyük futbolçudur... Onunla danışmalı oldum.

Söhbət 1/8 finalda İsveçrə ilə matç günü nahardan sonra mənim kabinetimdə oldu. Ronaldoya start heyətdə oyuna başlamayacağının səbəblərini izah etmək üçün zəng etdim. Amma mən ona dedim ki, yenə də bu matçda mühüm rol oynayacaq. Kriştiano xoşbəxt deyildi, çünki o, həmişə startda meydana çıxırdı. Bu, yaxşıdır. Söhbət sakit keçdi, biz bu məsələ ilə bağlı fikir mübadiləsi apardıq. Ehtiyatda olduğunu qəbul etmək onun üçün o qədər də asan deyil. Amma hər şey qaydasında getdi.

Təbii ki, o, millidən getmək istədiyini mənə demədi. Ronaldonu rahat buraxın. Portuqaliya futbolu üçün etdiyi hər şeydən sonra o, bütün bunlara layiq deyil".

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Record" qəzeti DÇ-2022 1/8 finalında İsveçrə ilə oyunda (6:1) start heyətində meydana çıxmayan Ronaldonun millini tərk etməklə hədələdiyini yazıb .

Qətərdə keçirilən turnirin 1/4 finalında portuqaliyalılar sabah Mərakeş millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Lənətlənmiş" stadion: Braziliya, İspaniya, Portuqaliya... - Hamısı "diz çökdü"

SONRAKI XƏBƏR

İsveçrə Aİ-yə qoşulmaq niyyətində deyil