"Lənətlənmiş" stadion: Braziliya, İspaniya, Portuqaliya... - Hamısı "diz çökdü"

"Lənətlənmiş" stadion: Braziliya, İspaniya, Portuqaliya... -  Hamısı "diz çökdü"<span class="qirmizi"></span>

Dünya çempionatının ¼ mərhələsində Braziliya-Xorvatiya milliləri arasında oyunun keçirildiyi “Education City” stadionu ilə bağlı maraqlı statistika var.

Metbuat.az xəbər verir ki, dünya çempionatı çərçivəsində bu stadionda keçirilən oyunlar ya 0:0 hesabı ilə bitib ya da iddialı millilərın hamısı məğlub olub. Tunisin Fransanı 1:0 hesabı ilə məğlub etdiyi, Yaponiyanın İspaniya millisindən 2:1 hesabı ilə üstün olduğu və Cənubi Koreyanın Portuqaliyanı 2:1 hesabı ilə məğlub etdiyi oyun məhz bu stadionda keçirilib.

Qeyd edək ki, “Education City” stadionunda keçirilən Braziliya-Xorvatiya oyununun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb.

 

 

Mənbə: metbuat.az