Xorvatiya millisi dünya çempionatının yarımfinal mərhələsində

Xorvatiya millisi dünya çempionatının yarımfinal mərhələsində<span class="qirmizi"></span>

Futbol üzrə Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirin dörddəbir final mərhələsi çərçivəsində Xorvatiya millisi Braziliya ilə qarşılaşıb.

“Education City” stadionunda oynanılan matçda hesab açılmayıb. Qarşılaşmada qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər -1:1. Matçın 106-cı dəqiqəsində braziliyalı futbolçu Neynar, 117-ci dəqiqədə rəqib komandadan İvan Petkoviç fərqləniblər. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penalti seriyası təyin edilib. Zərbələri dəqiq yerinə yetirən Xorvatiya millisi mərhələ adlayıb – 4:2.

Bu gün dörddəbir final mərhələsi çərçivəsində Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq. “Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.

Mənbə: azertag.az