Neymar göz yaşlarını saxlaya bilmədi

Xəbər verdiyimiz kimi, Braziliya millisi DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası - 4:2) turnirdə mübarizəni dayandırıb.
AzVision.az xəbər verir ki, Braziliya yığmasının üzvü Neymar bu sensasiyadan sonra göz yaşlarını saxlaya bilməyib.

Komandanın müdafiəçisi Dani Alveş həmin vaxt 30 yaşlı hücumçuya təsəlli verib.

Qeyd edək ki, Neymar sözügedən görüşün 105+1-ci dəqiqəsində fərqlənib. Lakin rəqib oyunçu Bruno Petkoviç hesabı bərabərləşdirib. Bundan sonra görüş penaltilər seriyası ilə davam edib. Lakin Braziliya Xorvatiyanı üstələyə bilməyib - 2:4.

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

DÇ-2022: Dominik Livakoviç dünya çempionatları rekordunu təkrarlayıb

SONRAKI XƏBƏR

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Qarsda ehtiramla anılıb