Modriç: “Türkiyəyə qarşı ilk penaltini qaçırdığım zaman Rodriqodan yaşca böyük idim” - FOTO

Modriç: “Türkiyəyə qarşı ilk penaltini qaçırdığım zaman Rodriqodan yaşca böyük idim” - FOTO<span class="qirmizi"></span>

 

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Braziliya millisinə penaltilər seriyasında qalib gələn Xorvatiya seçməsinin lideri Luka Modriç oyundan sonra ilk açıqlamalarını verib.

O, seriyada ilk penaltini qaçıran braziliyalı Rodriqodan danışıb.

“2008-ci ildə Türkiyə millisinə qarşı ilk penaltini qaçırdığım zaman Rodriqodan yaşca bir qədər böyük idim. Əminəm ki, o, bundan sonra daha təcrübəli və güclü olacaq. Bu ona güc verəcək”, - deyə Modriç bildirib.

Qeyd edək ki, matçdan sonra Luka təəssüflənən Rodriqonu sakitləşdirib. Bildirilir ki, futbolçular arasında çox isti münasibətlər var. Dörddəbir finaldan əvvəl Rodriqo sosial şəbəkədə Modriçlə birgə fotosunu yerləşdirərək, “Görüşənədək, ata”, - yazıb. Xorvat isə şərhdə paylaşıma ürək emojisi qoyub.

Qeyd edək ki, 2008-ci ildə keçirilən Avropa Çempionatında Türkiyə yığması Xorvatiya mllisini penaltilər seriyasında qalib gəlmişdi.

Mənbə: www.oxu.az