Avropalı keçmiş deputat DÇ-2022 ilə bağlı korrupsiyada şübhəli bilinərək saxlanılıb

Avropalı keçmiş deputat DÇ-2022 ilə bağlı korrupsiyada şübhəli bilinərək saxlanılıb<span class="qirmizi"></span>

 

Belçika polisi cümə günü Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya sövdələşmələrinin təhqiqatının bir hissəsi olaraq böyük axtarış-müsadirə əməliyyatı həyata keçirib.

Xüsusi əməliyyat zamanı, Avropa Parlamentinin sosialist fraksiyasından olan italiyalı keçmiş deputat Pyer-Antonio Panzeri və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Luka Visentini saxlanılıb.

Polis keçmiş deputatın iqamətgahında 500 min avro nağd pul tapıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Brüsselin 14müxtəlif kommunasında axtarış aparıblar.

Məlumata görə, istintaq 2022-ci ilin iyul ayından davam edir. Şübhəlilər Qətər tərəfdən rüşvət almaqda və Avropa İttifaqının siyasətinə, xüsusən də dünya çempionatına hazırlıq ərəfəsində Avropa Parlamentinin digər deputatlarının mövqeyinə təsir göstərməyə cəhddə ittiham olunurlar. İddialara görə, həbs olunanlar digər Avropa Parlamentinin deputatlarına külli miqdarda pul və qiymətli hədiyyələr veriblər.

Mənbə: TASS

Mənbə: www.oxu.az