Azərbaycan millisinin sabiq futbolçusu insult keçirib

Azərbaycan millisinin sabiq futbolçusu insult keçirib

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev ötən həftəsonu insult keçirib.

Bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir.

Onun vəziyyətinin sabit olduğu və yaxın vaxtlarda palataya köçürüləcəyi bildirilib.

Mənbə: oxu.az