İndoneziyada futbol matçı zamanı faciə yaşanıb.
Bildirilib ki, “Persicas Subanq” klubunun 35 yaşlı futbolçusu oyun zamanı ildırım vurması nəticəsində ölüb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, oxşar hadisə ötən ilin dekabrında Braziliyada da baş verib. Belə ki, futbol meydançasına düşən ildırım nəticəsində 21 yaşlı oyunçu vəfat edib, 6 nəfər isə yaralanıb.
Mənbə: qafqazinfo.az