“Zirə” “Sumqayıt”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

“Zirə” “Sumqayıt”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

 

Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçirilir. Bu gün üç görüş baş tutacaq.

“Turan Tovuz” doğma meydanda “Qəbələ”ni, “Zirə” isə “Sumqayıt”ı sınağa çəkəcə.

Turun sonuncu qarşılaşması “Araz-Naxçıvan”la “Neftçi” arasında baş tutacaq.

Daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Sabah”la “sülh bağlayıb” (3:3), “Kəpəz” isə “Səbail”ə böyük hesabla (1:4) uduzub.

Azərbaycan Premyer Liqası
22-ci tur
13 fevral

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Zirə İK stadionu, 17:15.

“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
“Dalğa Arena”, 19:30.

Mənbə: qafqazinfo.az