UEFA Qurban Qurbanov barədə: "Qarabağ"ın sinonimi olan adam - VİDEO

UEFA Qurban Qurbanov barədə: "Qarabağ"ın sinonimi olan adam -

Avrokuboklarda yoluna davam edən "Qarabağ" növbəti dəfə UEFA-nın diqqət mərkəzində olub.

Qurumun media şöbəsi növbəti dəfə Ağdam təmsilçisinə müraciət edib. Bu dəfə bütün yayımçı kanallarda nümayiş etdirilən Avropa Liqasının və Konfrans Liqasının jurnalında çempionumuzdan 3 nəfərə yer ayrılıb. Söhbət "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov və monteneqrolu legioner Marko Veşoviç və Marko Yankoviçdən gedir.

"Qarabağ"ın çalışdırıcısının karyerasına xüusi yer ayrılıb, eyni zamanda ondan qısa müsahibə alınıb. Futbolçular həm klub, həm ölkəmizdəki həyatları barədə danışıblar.

Eyni zamanda, 7 dəqiqəlik süjetdə komandanın xanım azarkeşləri də unudulmayıb.

Heybət

Mənbə: publika.az