UEFA Serbiya və Bolqarıstan klublarını cəzalandırıb –Səbəb

UEFA Serbiya və Bolqarıstan klublarını cəzalandırıb –Səbəb

UEFA Serbiya və Bolqarıstanın futbol klublarını ötən həftə Avropa Liqası yarışlarında tərəfdarlarının “irqçi davranışı”na görə cəzalandırıb.

Serbiyanın Partizan Belqrad klubu növbəti iki yarışı qapalı şəraitdə keçirməli olacaq. Bolqarıstanın Lokomotiv Plovdiv klubunun isə növbəti oyunda stadionu qismən bağlanacaq.

UEFA-nın Nəzarət, Etika və İntizam Komissiyası Lokomotiv-ə göstəriş verib ki, Plovdivdəki stadionunun Tribuna Sportclub sektorunu bağlasın, üzərində UEFA-nın loqosu və #EqualGame (Bərabər oyun) yazılmış plakat assın.

Bundan başqa, Partizan Belqrad 24 min 250 avro (27 min 200 dollar) cərimələnib. Səbəb kimi “əşya və fişənglərin atılması, pilləkənlərin bağlanması” göstərilib.

İnsident avqustun 8-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş verib.

Həmin gün Partizan Belqrad Türkiyənin Malatyaspor klubunu 3-1 hesabıyla udub, Lokomotiv Plovdiv isə Fransanın Strasburq klubu tərəfindən məğlub edilib.

Mənbə: strateq.az