"Qarabağ" Peşəkar Futbol Liqasına müraciət edəcək

"Qarabağ" Azərbaycan Premyer Liqasında ilk turun "Keşlə" ilə səfər oyununu təxirə saldırmaq üçün Peşəkar Futbol Liqasına müraciət edəcək. "Report"un məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

O, görüşün bir gün sonraya keçirilməsini xahiş edəcəklərini diqqətə çatdırıb.

Qurbanov bunu avqustun 22-də nəzərdə tutulan Avropa Liqasının ilk pley-off matçına hazırlıq üçün daha çox vaxt qazanmaq istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, "Qarabağ"ın istəyi müsbət cavablandırılsa, çempionat avqustun 16-da yox, 17-də başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Amerikalı tərtibatçılar potensial sevgili seçən bir tətbiq yaratdılar - VİDEO

SONRAKI XƏBƏR

Apple ağıllı saatlar bazarında böyük fərqlə liderdi - VİDEO