"Aramızda çəki fərqi çox idi" — Boksçu deputat Məhəmməd Əli ilə görüşündən DANIŞDI

"Aramızda çəki fərqi çox idi"    — Boksçu deputat Məhəmməd Əli ilə görüşündən DANIŞDI

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev əfsanəvi boksçu Məhəmməd Əli ilə görüşündən danışıb.
Deputat Demokrat.az-a açıqlamasında Məhəmməd Əli ilə görüşünün unudulmaz olduğunu söyləyib:
"Mən dünyada məşhur olan bir neçə əfsanəvi boksçularla görüşmüşəm. Onlardan biri də Məhəmməd Əli olub. Mən Məhəmməd Əli ilə Amerikada görüşmüşəm. Bizim bir yerdə çəkilmiş fotomuz da var. Aramızda çəki fərqi çox idi. Mən 57 kiloqram, Məhəmməd Əli isə ağır çəkidə mübarizə aparıb. Aramızda çəki fərqi olduğuna görə bizim rinqdə görüşümüz baş tutmayıb".


Zaur Hacılı
Demokrat.az

Mənbə: demokrat.az