Emrelinin belində yenidən ağrılar başlayıb

Emrelinin belində yenidən ağrılar başlayıb<span class="qirmizi"></span>

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən millimizin futbolçusu Mahir Emreli komandanın son məşqində iştirak etməyib.

Qol.az xəbər verir ki, bu barədə "Sportske" nəşri məlumat yayıb.

Belində ağrılar olan hücumçu tibbi müayinədən keçib. Emrelinin durumu yaxşı olsa, ölkə çempionatının növbəti turunda "Lokomotiva"ya qarşı oynaya biləcək. Zaqreb derbisi yanvarın 28-də keçiriləcək.

Qeyd edək ki, Mahir Emreli mövsümün gedişində də belindəki ağrılara görə məşqlərdən və bəzi oyunlardan kənarda qalmışdı.

 

Mənbə: qol.az