Cüdoçumuzun hərəkəti 2022-ci ilin ən yaxşı anı seçilə bilər -VİDEO

Cüdoçumuzun hərəkəti 2022-ci ilin ən yaxşı anı seçilə bilər -VİDEO<span class="qirmizi"></span>

Beynəlxalq Cüdo Federasiyası 2022-ci ilin ən yaxşılarını müəyyən etmək üçün müxtəlif nominasiyalar üzrə səsvermə elan edib.
Lent.az xəbər verir ki, “ilin anı” nominasiyası üzrə cüdoçumuz Səid Mollayinin 8 yaşlı Məhəmməd Şahverdili ilə güləşi də 2022-ci ilin ən yaxşı hərəkəti seçilə bilər.
“Awards.ijf.org” saytından səsverməyə qoşulmaq mümkündür. Səsvermə 31 yanvara qədər davam edəcək. Hər 24 saatdan bir 1 səs vermək mümkündür.
Qeyd edək ki, qaliblər 5 fevralda Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində açıqlanacaq.

Mənbə: lent.az