Qvardiola De Brüyneni oynatmaması haqda

Qvardiola De Brüyneni oynatmaması haqda<span class="qirmizi"></span>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Tottenhem"lə oyunda komandanın liderlərindən olan Kevin De Brüyneni meydana buraxmamasından danışıb.

Qol.az xəbər verir ki, o, "goal.com"a açıqlamasında "Mançester Siti"də güclü rəqbət olduğunu və bəzən Brüyne kimi oyununun da heyətə düşməkdə çətinlik çəkdiyini deyib:

“Yeddi il ərzində bir-birimizi yaxşı tanıdıq. Kevin nə vaxt hazır olub, nə vaxt hazır olmadığını bilirəm. Bu yaxşıdır. Biz çoxlu oyun oynayırıq. Bəzən bu mövqedə başqa tipli oyunçuya ehtiyacımız olur. Komandada rəqabət çox yüksəkdir və bəzən bizə xüsusi bacarıqlara malik oyunçular lazım olur. Ona görə də hətta Kevin bəzən heyətə düşmək uğrunda mübarizə aparmalı olur".

Xatırladaq ki, "Tottenhem"lə oyun "Mançester Siti"nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: qol.az