Ronaldonun  “Mançester Siti”yə keçməməsinin SƏBƏBİ

Ronaldonun  “Mançester Siti”yə  keçməməsinin SƏBƏBİ<span class="qirmizi"></span>

2021-ci ilin yayında portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıdıb.

Lent.az xarici mediaya istinadla bildirir k, müqavilə imzalandıqdan sonra hücumçu "Mançester Siti"yə gedə biləcəyini, lakin Aleks Ferqyusonla danışdıqdan sonra doğma klubunu seçdiyini bildirib.

İspaniya mətbuatının yazdığına görə, əslində Ronaldo başqa səbəbdən “Mançester Siti”nin futbolçusu olmayıb. Onun transferi Rahim Sterlinqin gedişindən asılı idi. İngilis futbolçu "Barselona" ilə danışıqlar aparsa da, müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyib.

Əlavə edək ki, 37 yaşlı Ronaldo bir mövsüm yarım “qırmızı şeytanlar”da çıxış edib və qalmaqalla ayrılıb: o, rəhbərlik ilə yanaşı, məşqçilər korpusunu da tənqid edən yüksək səviyyəli müsahibə verib. İndi ulduz qolçu Səudiyyə Ərəbistanının “Əl-Nasra” klubunda oynayır.

Mənbə: lent.az