“Barselona” və “Real Madrid”in birgə ticarət nişanı qeydiyyata alınıb

İspaniyanın "Real Madrid" və "Barselona" futbol klubları "El Klasiko" ticarət nişanını birgə qeydiyyatdan keçiriblər.

“Report” xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.

İki məşhur klubun mübarizəsi bütün dünyada “El Klasiko” kimi tanınır. Bu matçlar dünyanın ən prinsipial və məşhur futbol qarşıdurmalarından hesab olunur.

Komandalar İspaniya çempionatında 185 oyun keçiriblər, matçlardan 77-də “Real”, 73-də “Barselona” qalib gəlib, daha 35 matç heç-heçə ilə yekunlaşıb.

Hər iki klub UEFA və milli federasiyalar tərəfindən bloklanan layihə olan Avropa Super Liqasının təşviqində tərəfdaşdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bayden demokrat konqresmenlərlə Ukraynaya əlavə yardımı müzakirə edib

SONRAKI XƏBƏR

11 erməni Xankəndidən İrəvana qayıdıb