BOK rusiyalı idmançılara münasibətini dəyişəcəkmi?

BOK rusiyalı idmançılara münasibətini dəyişəcəkmi?<span class="qirmizi"></span>

Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının yalnız neytral statusda yarışa buraxılması məsələsinə baxmağı planlaşdırır.

Təşkilatın saytında qeyd edildiyi kimi, BOK-un İcraiyyə Şurası idmançılara Ümumdünya Antidopinq Məcəlləsinə uyğun gələn idman turnirlərində iştirak etməyə icazə vermək və Xüsusi Hərbi Əməliyyata ictimai dəstəkdən imtina etmək niyyətindədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Komitə Rusiya və Belarusdan olan hər bir idmançı fərdi qaydada yoxlanılacağını da əlavə edib.

Qeyd edək ki, bundan əvvəl bəzi rus saytları Rusiya futbol komandalarının Avropa turnirlərinə qayıtması məsələsində FİFA və BOK-un əli olduğunu yazmışdılar.

Nazlı Almuradova

Mənbə: sia.az