"Fənərbağça" niderlandlı futbolçu ilə anlaşıb

"Fənərbağça" niderlandlı futbolçu ilə anlaşıb<span class="qirmizi"></span>

İtaliyanın "Parma" klubunun futbolçusu Ceyden Ostervolde karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, 21 yaşlı niderlandlı müdafiəçi İstanbul təmsilçisi ilə anlaşıb. Klublar artıq keçid üçün son detalları müzakirə edirlər.

Qeyd edək ki, Ceyden Ostervolde 2022-ci ilin yayından "Parma"da çıxış edir.

Mənbə: report.az