Mundialdan sonra “böyük beşliy”in ən məhsuldar futbolçularıSİYAHI

Mundialdan sonra “böyük beşliy”in ən məhsuldar futbolçularıSİYAHI<span class="qirmizi"></span>

Ötən ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatından sonra Avropanın “böyük beşlik” ölkələrinin ən məhsuldar futbolçuları müəyyənləşib.

“Report”un məlumatına görə, araşdırma zamanı oyunçuların daxili birincilik və ölkə kubokundakı göstəriciləri nəzərə alınıb.

Siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford başçılıq edir. İngiltərə millisinin 26 yaşlı forvardı DÇ-2022-dən sonrakı 10 rəsmi qarşılaşmada rəqib qapılarına 10 dəfə yol tapıb. İkinci pillədə Mançester şəhərinin digər təmsilçisi “Mançester Siti”nin qolçusu Erlinq Holan qərarlaşıb. Norveçli 8 görüşdə 8 qol vurub.

Fransa millisinin üzvləri Kilian Mbappe və Kərim Benzema hərəyə 7 dəfə fərqləniblər. Lakin Mbappe həmyerlisinə nisbətən daha az oyunda bunu bacarıb.

1. Markus Reşford (“Mançester Yunayted”) – 10 oyun / 10 qol

2. Erlinq Holan (“Mançester Siti”) – 8/8

3. Kilian Mbappe (PSJ) – 5/7

4. Kərim Benzema (“Real”) – 7/7

5-6. Vissam Ben Yedder (“Monako”) – 4/6

5-6. Ademola Lukman (“Atalanta”) – 4/6

7. Eddi Nketia (“Arsenal”) – 6/6

8. Riyad Marez (“Mançester Siti”) – 8/6

Mənbə: report.az