“Qəbələ”nin sabiq baş məşqçisi son 30 ilin ən yaxşıları sırasında

“Qəbələ”nin sabiq baş məşqçisi son 30 ilin ən yaxşıları sırasında<span class="qirmizi"></span>

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Rusiyada son 30 ilin ən yaxşıları sırasında qərarlaşıb.

“Report” xəbər verir ki, azarkeşlər arasında aparılan sorğunun nəticəsinə görə, 76 yaşlı mütəxəssis ölkəsinin ən yaxşı ikinci məşqçisi seçilib. Onu yalnız Moskva “Spartak”ındakı fəaliyyəti ilə tanınan səkkizqat Rusiya çempionu Oleq Romantsev qabaqlayıb. Syomin isə karyerası ərzində 3 dəfə ölkə çempionluğunu qazanıb.

Siyahıda Valeri Qazzayev 3-cü, Kurban Berdıyev 4-cü, Valeri Karpin isə 5-ci yeri tutub.

Qeyd edək ki, “Qəbələ” 2013/2014 mövsümündə Yuri Syominin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub, kubokun finalçısı olub.

Mənbə: report.az