Yassin Benzya: "Qarabağ" kimi böyük kluba qoşulmaqdan çox xoşbəxtəm"

Yassin Benzya: "Qarabağ" kimi böyük kluba qoşulmaqdan çox xoşbəxtəm"<span class="qirmizi"></span>

"Qarabağ"ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb.

"Report"un məlumatına görə, Əlcəzair əsilli fransalı hücumameylli yarımmüdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağ" kimi böyük komandaya qoşulmaqdan çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm", - 29 yaşlı vinger yazıb.

Qeyd edək ki, Fransanın "Dijon" klubundan transfer edilən Yassin Benzya ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Mənbə: report.az