Futbol üzrə Amerika Kuboku KONKAKAF regionunda keçiriləcək

Futbol üzrə Amerika Kuboku KONKAKAF regionunda keçiriləcək<span class="qirmizi"></span>

2024-cü ildə Amerika Kuboku Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) regionunda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə KONKAKAF və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) birgə məlumat yayıb.

Turnirdə 16 milli komanda mübarizə aparacaq. Bunların 10-u CONMEBOL-u, 6-sı isə KONKAKAF-ı təmsil edəcək.

Qeyd edək ki, Amerika Kubokunun hazırkı qalibi Argentina millisidir.

Mənbə: report.az