"Barselona" bunu bacarmasa, fəlakət olacaq"

"Baselona"nın baş məşqçisi Xavi La Liqada "Jirona"ya qarşı oyun öncəsi fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, mütəxəssis deyib: "Ötən mövsümlə müqayisədə “Barselona” çox yaxşı vəziyyətdədir. La Liqada liderik, İspaniya kubokunun yarımfinalına yüksəldik və Superkuboku qazandıq. "Jirona"nı məğlub etməliyik. Bu, "Barselona"dır. Sabah qalib gəlməsək, fəlakət olacaq. Odur ki, sabaha qədər mövqeyimizdən həzz alaq.

Qeyd edək ki, "Barselona" sabah La Liqanın 19-cu turu çərçivəsində "Jirona" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

İranın terror fəaliyyətinin qısa xronikası- Ekspert faktları açıqladı

SONRAKI XƏBƏR

Moskva Milli-Mədəni Muxtariyyəti İrandakı silahlı hücumu pisləyən bəyanat yayıb